Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/10/2026

Paylaşın

Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Sənət Festivalında

WhatsApp Image 2026-04-10 at 11.06.04

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Manisa Böyükşəhər Bələdiyyə Başqanlığı, Mədəniyyət, Sənət və Sosial İşlər Başqanlığı tərəfindən keçirilən “Manisa Mesir Macunu” Beynəlxalq Sənət Festivalında “Bir dəlinin qeydləri” monotamaşası ilə çıxış edəcək.

Baki-baku.az xəbər verir ki, teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış monotamaşa aprelin 21-də, 19:00-da festivalda nümayiş olunacaq.

32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, L.Əliyeva paylaşımında yazıb:

Ən son

GÜNDƏM

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.

GÜNDƏM

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin