Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

İQTİSADİYYAT

Gələn ilin xərc siyasətində əməkhaqqı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur

Azərbaycanda dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında müəyyənləşdirilib.
Baki-baku.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə, 2026-2029-cu illərdə büdcə xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ortamüddətli dövrdə dövlət büdcəsi xərclərinin aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilməsi nəzərdə tutulur:

  • ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;
  • iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısı ilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;
  • əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi;
  • əməkhaqqı sisteminin təkmilləşdirilməsi;
  • müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;
  • dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Учёные из MPFI и Франкфуртского института передовых исследований выяснили, как ранний зрительный опыт формирует надёжные модели активности в

Ən son

İQTİSADİYYAT

Bu ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 837 min sərnişinə xidmət göstərməklə rekord göstəriciyə

İQTİSADİYYAT

Bu ilin avqust ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 837 min sərnişinə xidmət göstərməklə rekord göstəriciyə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin