Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

GÜNDƏM

Gürcüstanda Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgisi açılacaq

Ариф Гусейнов

Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq.
Baki-baku.az xəbər verir ki, xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların kompakt şəkildə yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024-2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunacaq. Arif Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əsərlər kətan üzərində qarışıq texnikada çəkilib. Sərgidə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim ediləcək. Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan xalça 70 rəng çalarından istifadə olunaraq yaradılan mürəkkəb kompozisiyalı sənət nümunəsidir. Qeyd edək ki, sənətkarın əsəri ilk dəfə xalça dilinə çevrilib. Xalçanın yaranma mərhələlərini əks etdirən əsərlər həmçinin süni intellekt vasitəsilə yaradılan videoçarx vasitəsilə də təqdim olunacaq. Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” ustad dərsi keçiriləcək. Onlar xalçanın hazırlanmasının bütün mərhələlərində – qoyunun qırxılması, yunun daranması, əyrilməsi və xalçanın toxunması proseslərində iştirak edəcəklər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən sərgi dekabrın 5-dək davam edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü), yazıçı, publisist, pedaqoq Tağı

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin