Nəşr edilmişdir 04/16/2025

Paylaşın

GÜNDƏM

Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Gürcüstan Prezidenti, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Mixeil Kavelaşvili

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Baki-baku.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Eyni zamanda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti aprelin 16-da Şəhidlər xiyabanını da ziyarət edib.
Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında "Şuşa türk xalqları

GÜNDƏM

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında "Şuşa türk xalqları