Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/22/2026

Paylaşın

GÜNDƏM

Güclü yağış İtaliya və Tunisdə ciddi fəsadlar yaratdı, Böyük Britaniyada xəbərdarlıq elan oldu

Son günlər təbiət hadisələri dünyanı öz ağuşuna alıb. Baş verən təbiət hadisələri fonunda şəhərlərə böyük ziyanlar dəyir, yaranan fəsadları dərhal aradan qaldırmaq, qabaqlayıcı tədbirlər görmək mümkün olmur.
Baki-baku.az xəbər verir ki, İtaliyada Siciliya, Sardiniya və Kalabriya bölgələrini vuran Siklon “Harry” üç gün davam edən güclü yağışlar, fırtınalar və qasırğa küləkləri nəticəsində milyardlarla avro ziyan vurub. Sahilboyu yüksələn dalğalar şəhərləri, evləri və yolları dağıdaraq yaşayış məhəllələrini və turist bölgələrini su altında qoyub. Bəzi bölgələrdə sahilboyunun bir hissəsi dağılıb, dəmir yolu xətləri su altında qalıb.
Eyni zamanda, Tunis son 70 ildə ən güclü yağıntıları yaşayıb. Moknine şəhərində daşqın nəticəsində dörd nəfər həyatını itirib. Yağış suları küçələrə dolub, maşınlar su altında qalıb, məktəblər və iş yerləri bağlanıb. Meteorologiya institutunun məlumatına görə, bəzi bölgələrdə bu yağıntı səviyyəsi 1950-ci ildən bəri qeydə alınmayıb.
Böyük Britaniyada isə yağışla bağlı xəbərdarlıqlar verilib. Şotlandiyanın şərqi, Şimali İrlandiya və İngiltərə ilə Uelsin bəzi bölgələrində güclü yağışlar, daşqın və güclü küləklər müşahidə olunacaq. Şimal-şərqi Şotlandiyada 100–120 mm yağış və bəzən 150 mm-dən çox yığıntı qeydə alınacağı, bunun da çaylarda və küçələrdə daşqınlara səbəb olacağı proqnozlaşdırılır. “İngrid” fırtınasının isə cənub-qərbdə güclü yağış və küləklərlə problemlər yaradacağı bildirilir.
Yağışların yaratdığı mənzərələr həm gözəl, həm də qorxuncdur. Axan çaylar, su altında qalan küçələr, iflic olan şəhər nəqliyyatı insanların gündəlik həyat ritmini pozur. Ekspertlər bildirir ki, bu cür hadisələr təbiətin qanunauyğun dövrü kimi davam edir və dövlət qurumları bu cür hallara qarşı mübarizə aparsalar təbiətin gücü qarşısında ən qabaqcıl ölkələr belə aciz qalır. Belə hallarda insanlar aidiyyəti qurumlar tərəfindən edilən xəbərdarlıqlara əməl etməli, hadisənin daha çox fəsadlar törədəcəyi ərazilərdən kənar olmalı, alternativ yol və küçələrdən istifadə etməlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, İtaliyada Siciliya, Sardiniya və Kalabriya bölgələrini vuran Siklon “Harry” üç gün

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, İtaliyada Siciliya, Sardiniya və Kalabriya bölgələrini vuran Siklon “Harry” üç gün
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin