Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/12/2026

Paylaşın

HƏR ŞEYDƏN

Güclü külək şəhərləri necə sınağa çəkir? Təbiət, risk və urban reallıq

Son illər dünyanın müxtəlif ölkələrində müşahidə olunan ekstremal hava hadisələri şəhər həyatının nə qədər həssas bir sistem üzərində qurulduğunu bir daha göstərir. Xüsusilə güclü küləklər təkcə açıq ərazilər üçün deyil, sıx məskunlaşmış urban zonalar üçün də real risk mənbəyinə çevrilib. Ağacların aşması, yol nişanlarının yerindən çıxması, elektrik xətlərinin zədələnməsi artıq ayrı-ayrı ölkələrin yox, qlobal miqyasda şəhərlərin qarşılaşdığı ortaq problemdir.
Baki-baku.az xəbər verir ki, bu mənzərə son olaraq Avropanın bir sıra ölkələrində özünü daha aydın göstərib. Bu ilin yanvar ayında İngiltərədə qeydə alınan güclü külək nəticəsində ağacın karavanın üzərinə aşması bir nəfərin həyatını itirməsi ilə nəticələnib. Eyni hava şəraiti Fransada isə enerji infrastrukturuna ciddi təsir göstərərək 100 min evin elektriksiz qalmasına səbəb olub. Yerli qurumların açıqlamalarında bildirilir ki, küləyin sürətinin normadan xeyli yüksək olması fövqəladə müdaxiləni qaçılmaz edib.
Aparılan müşahidələr göstərir ki, küləkli şəhərlərdə bu cür hallar istisna yox, müəyyən dövrlərdə təkrarlanan risk faktorları kimi dəyərləndirilir. Amsterdam, Hamburg və Çikaqo kimi şəhərlərdə fırtınalı günlərdə ağacların aşması və müvəqqəti yol nişanlarının yerindən tərpənməsi hava şəraitinin təbii nəticəsi hesab olunur. Bu şəhərlərdə əsas diqqət hadisənin özündən çox, onun doğurduğu təhlükələrin sürətlə aradan qaldırılmasına yönəldilir.
Oxşar yanaşma Bakı üçün də keçərlidir. Güclü küləkdən sonra şəhərin bəzi ərazilərində ağacların aşması və yol nişanlarının yerindən çıxması sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Lakin beynəlxalq təcrübə fonunda bu halların şəhər idarəçiliyində qeyri-adi hadisə olmadığı aydın görünür. Mütəxəssislər bildirirlər ki, küləyin təsiri altında baş verən bu cür hadisələr şəhər infrastrukturunun zəifliyindən çox, təbiət faktorlarının təsir gücü ilə bağlıdır. Qlobal praktika göstərir ki, məsələ bu cür hadisələrin olub-olmamasında deyil. Məsələ onların nə qədər tez aradan qaldırılmasında, təhlükəsizliyin necə təmin edilməsində və şəhər həyatının nə qədər operativ bərpa olunmasındadır.
Biz əksər vaxtlarda hadisənin səbəbindən çox, görüntüsünə fokuslanırıq. Halbuki ağacın aşması təkcə texniki məsələ deyil. Bu, torpağın rütubəti, ağacın yaşı, kök sisteminin vəziyyəti, küləyin istiqaməti və sürəti kimi bir-biri ilə əlaqəli onlarla amilin nəticəsidir. Eyni sözləri yol nişanları üçün də demək olar. Müvəqqəti quraşdırılan nişanların ekstremal küləkdə yerindən çıxması nəinki mümkün, hətta qaçılmazdır. Dünyanın heç bir şəhərində bütün müvəqqəti konstruksiyalar təbiət hadisələrinə qarşı “tam zəmanətli” deyil.
Araşdırmalar göstərir ki, urban mühitdə risklərin tam aradan qaldırılması mümkün deyil. Əsas məsələ fövqəladə hava şəraitində operativ reaksiya mexanizmlərinin işləməsi, təhlükəsizliyin təmin edilməsi və şəhər həyatının normal axarına qısa müddətdə qaytarılmasıdır. Bu baxımdan, güclü küləyin yaratdığı fəsadlara münasibətdə emosional yanaşmadan çox, obyektiv və müqayisəli qiymətləndirmə daha sağlam yanaşma hesab olunur.
Nəticə etibarilə, güclü külək zamanı ağacların aşması və yol nişanlarının yerindən çıxması nə Bakıya xasdır, nə də müstəsna haldır. Bu, şəhər və təbiət arasında davam edən mürəkkəb münasibətin bir hissəsidir. Müzakirə edilməli olan sual “niyə aşdı?” yox, “baş verəndə necə davranıldı?” sualıdır. Çünki şəhərləri güclü edən, təbiəti məğlub etməsi yox, onunla ağıllı şəkildə yaşamağı bacarmasıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub.

Ən son

GÜNDƏM

Azərbaycanda fevralın 13-də havanın temperaturu 18 dərəcəyədək yüksələcək.

GÜNDƏM

Azərbaycanda fevralın 13-də havanın temperaturu 18 dərəcəyədək yüksələcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin