Nəşr edilmişdir 04/19/2025

Paylaşın

GÜNDƏM

Firəngiz Mütəllimovanın BENEFİSİ: “Varlı qadın” tamaşasının premyerası olub

Varlı qadın, Akademik Milli Dram Teatrı, Firəngiz Mütəllimova, teatr, tamaşa

Aprelin 18-da Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşasının premyerası keçirilib.
Baki-baku.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri Xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşasıdır.

Premyerada Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Teatr Xadimləri İttifaqının sədr müavini Azad Şükürov Firəngiz Mütəllimovanın səhnə fəaliyyəti haqqında çıxış edib, onu sənətkar və insan kimi yüksək dəyərləndiriblər. Firəngiz Mütəllimovaya Akademik Milli Dram Teatrının “Yubiley” mükafatı və Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı təqdim olunub.

Firəngiz Mütəllimova sənətinə göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Orxan Murtuzov, rejissor assistenti Xanımbacı Həsənovadır.

Tamaşada Xalq artistləri Firəngiz Mütəllimova (Həvva), Sabir Məmmədov (Sarı), aktyor Elçin Nurəliyev (Qara), əməkdar artistlər Elşən Cəbrayılov (Vəkil), Rövşən Kərimduxt (Əlvan), aktyorlar Natiq Fərzəliyev (Pəhləvan), Ramin Şıxəliyev (Dilənçi), Rada Nəsibova (Şadxəbər), Məhsəti Tahirzadə (Bədxəbər), Firuzə Balayeva (Fotoqraf), Afət Məmmədova (VAAQ müdiri), Muhuma Sahov və Tural İbrahimov (Cangüdənlər) çıxış edir.

“Varlı qadın” tamaşası böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığı haqqındadır. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər, həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı şəhərinin mərkəzində, Nizami küçəsinin daim hərəkətli və cəlbedici həyatı fonunda, diqqətdən kənarda qalan bir tikili var

Ən son

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

GÜNDƏM

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.