Nəşr edilmişdir 01/06/2025

Paylaşın

GÜNDƏM

FHN: Bayram günlərində 252 yanğın olub

Bayram günlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 10 nəfərin meyiti aşkar edilərək adiyyati üzrə təhvil verilib.
Bu barədə Baki-Baku.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Marsın səthinin heyrətamiz yeni şəklini dərc edib. Baki-baku.az xəbər verir ki,

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.Baki-baku.az-ın məlumatına görə, məktubda deyilir:“Hörmətli

GÜNDƏM

Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks

GÜNDƏM

“Yaxşı kitab çox qiymətli xəzinədir”, deyib Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər,