Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Ətdən bahalı, insana faydalı, ayının axtardığı Xalyar – Faydalı bitkilər

Xalyar, "Ayı Soğanı"

Xalyar çoxlarının bilmədiyi, amma bilənlərin çox sevdiyi çox xeyirli bir bitkidir.

Baki-baku.az bildirir ki, xalyarın elmi adı “Allium ursinum”dur. Bu bitki dünyada daha çox yabanı sarımsaq və “ayı soğanı” kimi tanınır.

Əsasən rütubətli meşələrdə bitən xalyar Azərbaycanda daha çox Qax, Zaqatala, Balakən meşələrində və həmçinin nəmli dağətəyi ərazilərdə bitir. Təxminən bir ay-ay yarım ömrü olan xalyar fevralın ortalarında artıq yetişir.

Xalyar bitkisi sarımsağın xüsusiyyətlərini özündə ehtiva edir. Amma araşdırmalar göstərir ki, bu bitki sarımsaqdan qat-qat güclüdür. Hətta ona yerli camaat “təbii antibiotik” deyirlər. Bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var. Yaddaşı gücləndirir, immuniteti qaldırır, xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır, həzm prosesini yaxşılaşdırır və s.

Xalyar, "Ayı soğanı"

Şimal-qərb bölgəsinin sakinləri bu bitkini çox sevir, ondan əsasən iki cür yemək hazırlayırlar.

Zaqatala sakini Kərimova Öngül deyir ki, xalyardan bir isti yemək, bir də salat hazırlayırıq: “İsti yeməyi hazırlamaq üçün xalyar pörtülür, soğanla qovrulur, üstünə yumurta vurulur. Salat hazırlamaq üçünsə yenə də xalyar pörtülür, soyudulur, sonra duz, sumaq, duru yağ əlavə olunur. Hər ikisi çox dadlı və xeyirlidir”.

Yerli ağsaqqallar xalyarı ayıların sevimli qidası adlandırırlar. Deyirlər ki, ayılar qış yuxusundan oyanan kimi bu bitkini axtarırlar. Onlara güc-qüvvət verir, qışa qədər canlarını möhkəm saxlamağa kömək edir.

Son illərdə, təəssüf ki, xalyar hava şəraiti əlverişsiz olduğundan kəskin azalıb. Bu səbəbdən də artıq istixanalarda da yetişdirilir.

Əsas məsələyə gəlincə! Xalyara o bölgədə “ətdən baha xalyar” deyirlər. Hazırda təxminən qiyməti 25-30 AZN arasında dəyişir.


Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Что такое школьная тревога?

Ən son

HƏR ŞEYDƏN

Bu gün üçün bu, tamamilə təbii görünür – cibimizdən smartfonu çıxarıb ekrana toxunmaqla bir anı

HƏR ŞEYDƏN

Bu gün üçün bu, tamamilə təbii görünür – cibimizdən smartfonu çıxarıb ekrana toxunmaqla bir anı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin