Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/15/2026

Paylaşın

GÜNDƏM

Əhəd Hacıyev: “İnanırıq ki, uşaqlar “Aldanmış Canavar”ı sevəcəklər

WhatsApp Image 2026-05-15 at 10.31.04 (2)

Mayın 16-da Azərbaycan Dövlət Kukla Teatrı tamaşaçılarını növbəti premyera ilə sevindirəcək.

Teatrın rus bölməsində təqdim olunacaq yeni tamaşanın adı “Aldanmış Canavar”dır. 

Tamaşanın rejissoru Əhəd Hacıyev deyir ki, yeni səhnə əsəri uşaqlıq xatirələrimizdən bizə yaxşı tanış olan obrazların yenidən canlanması və uşaqlara təqdim olunmasıdır: “Birhissəli kukla tamaşası milyonlarla tamaşaçıya yaxından tanış olan “Nu, poqodi!” (“Düşərsən əlimə”) cizgi filminin motivləri əsasında hazırlanıb. Yeni səhnə yozumunda təqdim edilən tamaşa məşhur Canavar və Dovşan qarşıdurmasının yeni və daha maraqlı əhvalatları və situasiyaları ilə zəngindir. İnanırıq ki, bu yeni tamaşa  uşaqların canlı oyun enerjisi və musiqili səhnə ritmi ilə çox xoşuna gələcək. Bilirsiniz, uşaqlar üçün tamaşa qurmaq asan deyil. Onları inandırmaq, onların xoşuna gəlmək çox vacibdir. Biz bütün enerjimiz və sevgimizlə bu işi görürük. İstəyirik teatra gələn uşaqlar tamaşanı sevsin. Axı biz həm də digər teatrlar üçün tamaşaçı hazırlayırıq. Uşaqlarda teatr, tamaşa sevgisi məhz Kukla Teatrından başlayır, formalaşır”.

Qeyd edək ki, tamaşanın əsas özəlliklərindən biri ekran estetikasının birbaşa təkrarı deyil, onun kukla teatrının özünəməxsus ifadə vasitələri ilə yenidən qurulmasıdır. Səhnədə klassik parket kuklaları, dinamik mizanlar, plastika, işıq həlli və musiqi sintezi vasitəsilə hərəkətli, rəngarəng və emosional atmosfer yaradılır. Tamaşa boyu kuklaların xarakterik jestləri, şərti teatr dili və ritmik səhnə keçidləri uşaqları əyləndirməklə yanaşı, böyüklərdə də nostalji hissi oyadır.

Məşhur rus satirikləri Aleksandr Kurlyandski və Arkadi Hayt tərəfindən qələmə alınmış süjet əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdır. Rejissor əsərin məşhur süjet xəttini qorumaqla yanaşı, müasir uşaqların baxış və qavrama tərzinə uyğun yeni teatr dili formalaşdırıb.

Tamaşanın quruluşçu rəssamı Rəna Abbasova səhnə məkanını cizgi estetikasına yaxın rəng palitrası, transformasiya olunan dekor elementləri və xarakterik, ifadəli kukla həlli üzərində qurub. Musiqi tərtibatı isə səhnə dinamizmini gücləndirərək hadisələrin ritmini müəyyənləşdirən əsas komponentlərdən birinə çevrilir.

Səhnə işində obrazları aktyorlar Rauf Babayev, Lina Məmmədova, Afət Zülfüqarova, Yelena Qədimova, Araz Həsənli və Vüqar İsmayılov canlandırırlar.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu, dövlət başçısınının imzaladığı tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanda öz

Ən son

TARİX

İraq Səlcuqlu Sultanlığı tamamilə zəifləmiş və Atabəylərdən asılı vəziyyətə düşmüşdü

TARİX

İraq Səlcuqlu Sultanlığı tamamilə zəifləmiş və Atabəylərdən asılı vəziyyətə düşmüşdü
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin