Nəşr edilmişdir 12/02/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Dəri qırışlarına qarşı 8 əsas məhsul

Qırışların yaranması bir çox qadını narahat edən qaçılmaz yaşlanma prosesidir. Ancaq gəncliyin sirri yalnız bahalı kosmetik vasitələrdə deyil, həm də düzgün qidalanmada gizlənir.

Baki-baku.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
Məşhur amerikalı qidalanma eksperti Erik Berqin sözlərinə görə, 40 yaşına qədər insan bədənindəki birləşdirici toxumada olan kollagenin təxminən dörddəbiri itir.
“Orqanizm kollageni qida ilə qəbul edilən amin turşularından istehsal edir, lakin bu qabiliyyət 20 yaşdan sonra tədricən azalır. Buna görə də müəyyən qidalanma rejiminə riayət etmək vacibdir”, – deyə Berq bildirib.
Ekspert qırışlarla mübarizədə və dərinin gözəlliyini qorumaqda kömək edən məhsulların siyahısını təqdim edib.
O, ilk növbədə kollagenin əmələ gəlməsi üçün “C” vitamininin əhəmiyyətini vurğulayıb. Bunun üçün kələm turşusu vitamin zənginliyinə görə ən uyğun qida hesab edilir: “Qaraciyər, yumurta sarısı və kərə yağı kollagenin istehsalı, qığırdaqların, bağların və vətərlərin sağlamlığını qorumaq üçün vacib olan “K2″ vitamininin əsas mənbələridir. Sink və mis isə dərinin elastikliyini qorumağa və yaraların sağalmasını sürətləndirməyə kömək edən gənclik minerallarıdır”.
Həkimin sözlərinə görə, sink tərkibi baxımından dəniz ilbizləri, qırmızı ət və qaraciyər öndə gedir.
“Nəhayət, dəri gözəlliyi və sağlamlığının açarı zülaldır. Bu baxımdan mal əti xüsusilə tövsiyə olunur”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.Baki-Baku.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet

Ən son

DİGƏR XƏBƏRLƏR

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” filminin qala gecəsi keçirilib.Baki-Baku.az xəbər verir ki,

DİGƏR XƏBƏRLƏR

Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir, saat 13:00-a olan məlumata əsasən, hazırda

DİGƏR XƏBƏRLƏR

Britaniyalı alimlər yumurtanın faydaları ilə bağlı daha bir mühüm kəşf ediblər.Baki-baku.az bu barədə “Trend Wave”