Nəşr edilmişdir 10/02/2024

Paylaşın

GÜNDƏM

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkənin əksər bölgələrində, o cümlədən Bakı və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı gözlənilir.

“BakıBaku” 1news.az-a istinadən xəbər verir ki, bu barədə yağışlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

“Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi əməl etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq” – deyə müraciətdə qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən "Boranı" restoranında havalandırma sistemindəki partlayışla əlaqədar tüstülənmə baş verib.

GÜNDƏM

Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən "Boranı" restoranında havalandırma sistemindəki partlayışla əlaqədar tüstülənmə baş verib.