Nəşr edilmişdir 11/20/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Dünyanın ən nadir canlılarından biri fotoqrafın obyektivinə düşüb

a1f800db-f851-4f2d-886a-0c84c3ba6461

Belçikalı fotoqraf İv Adams dünyanın ən nadir canlılarından sayılan tam qara rəngli pinqvinin görüntüsünü çəkib.
Baki-Baku.az bu barədə “Daily Mail”ə istinadən xəbər verir.
Məlumata görə, unikal nümunə Atlantik okeanının cənubunda Sent-Endryus körfəzində müşahidə edilib.
Adams bildirib ki, həmkarından bu ərazidə qara pinqvinin olması barədə məlumat alan kimi nadir quşu çəkmək fürsətini qaçırmaq istəməyib və dərhal sahilə yollanıb.
“Bütün bunları çəkə bildiyim üçün çox xoşbəxt idim”, – deyə belçikalı fotoqraf öz emosiyalarını bölüşüb.
Adamsın sözlərinə görə, tamamilə qara pinqvinə rast gəlmək ehtimalı təxminən 100 mində birdir.
Bu quşlar nadir genetik melanizm mutasiyasının daşıyıcılarıdır, bu səbəbdən onların lələkləri kömür kimi qara rəng alır. Təəssüf ki, bu xüsusiyyət onları yırtıcılar qarşısında daha həssas edir.
Adams ümid etdiyini bildirib ki, onun fotoşəkilləri digər səyahətçiləri və vəhşi təbiət həvəskarlarını bu nadir növü axtarmağa ruhlandıracaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

Ən son

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”

GÜNDƏM

Bakı şəhərində yeni park salınır.Baki-baku.az xəbər verir ki, park keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar”