Yaponiya dünyada ilk taxta peyki kosmosa göndərib.
Baki-baku.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Yapon tədqiqatçıları tərəfindən hazırlanan dünyanın ilk taxta peyki Ay və Marsın tədqiqində ağacdan istifadənin ilk sınağı çərçivəsində kosmosa göndərilib”, – deyə məlumatda bildirilir.
Kioto Universiteti və Sumitomo Forestry şirkəti tərəfindən hazırlanan ovuc boyda “LignoSat” peyki Beynəlxalq Kosmik Stansiyaya çatdırılacaq və daha sonra Yerdən təxminən 400 km hündürlükdə orbitə buraxılacaq.
Kioto Universitetinin professoru Kodzi Murata qeyd edib ki, taxta kosmosda Yerdəkindən daha uzun müddət xidmət edəcək, çünki orada çürüməyə və ya yanmaya səbəb ola biləcək su və ya oksigen yoxdur. Bundan əlavə, tədqiqatçıların fikrincə, taxta peyk daha ekoloji cəhətdən təmiz olacaq.
Qeyd edək ki, yerləşdirildikdən sonra “LignoSat peyki” altı ay ərzində orbitdə qalacaq. Onun komponentləri ağacın kosmosun ekstremal şəraitinə necə davam gətirdiyini ölçəcək.