Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

GÜNDƏM

Dünyada ekstremal istilər güclənir

Son 30 ildə il ərzində ekstremal isti günlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə temperatur və rütubətin yüksəlməsinə qarşı təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.
Baki-baku.az xəbər verir ki, bu qənaət Avstraliya alimləri və daha 18 ölkədən olan tədqiqatçıların birgə apardığı və “Ətraf Mühit və Resurslar üzrə İllik Baxış” adlı elmi nəşrdə dərc edilmiş araşdırmanın nəticələrində əks olunub.
Hesabata əsasən, ekstremal isti günlərin orta illik sayı 1990–2006-cı illərdə 12 olduğu halda, bu göstərici 2007–2023-cü illərdə 19,3-ə yüksəlib. Ən yüksək artım Afrikada, Yaxın Şərqdə və Asiyanın bəzi bölgələrində müşahidə olunur.
Mütəxəssislər bu dəfə ekstremal istilərin yaratdığı təhlükəni daha dəqiq qiymətləndirmək üçün yalnız hava temperaturu deyil, eyni zamanda rütubət, günəş radiasiyasının intensivliyi, küləyin sürəti və istiqaməti kimi göstəriciləri də nəzərə alıblar.
Tədqiqat göstərib ki, anomal istilər təkcə birbaşa sağlamlıq problemlərinə – günvurma və ürək-damar xəstəliklərinə deyil, həmçinin dolayı təsirlərə – psixi pozuntulara və hamilə qadınlar üçün risklərə də səbəb olur.
Alimlər ekstremal isti günlərin artdığı şəraitdə sağlamlığa və iqtisadiyyata dəyə biləcək zərərlərin minimuma endirilməsi üçün kompleks yanaşma təklif ediblər. Bu yanaşmaya beynəlxalq əməkdaşlıq, məlumat və resurs mübadiləsi, milli adaptasiya və xəbərdarlıq strategiyalarının hazırlanması, dövlət qurumları ilə elmi təşkilatlar arasında koordinasiya, yerli icmaların risklərin azaldılmasına dair tədbirlərinə fəal cəlb edilməsi, əhalinin məlumatlandırılması və fərdi qoruyucu tədbirlərin təşviqi daxildir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xatırladır ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan

GÜNDƏM

Baki-baku.az xatırladır ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin