Nəşr edilmişdir 10/17/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakı şəhəri DYPİ və AYNA-dan vətəndaşlara müraciət

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilib.

Baki-baku.az xəbər verir ki, Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayaraq yolların siyahısını açıqlayıb.

Belə ki, Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək.

Hərəkət iştirakçılarından monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş edilib.

Bildirilib ki, hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.

Eyni zamanda qeyd edilib ki, oktyabrın 19-u gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq.

Yollarda hərəkətin tənzimlənməsinə dair daha ətraflı məlumat DİN tərəfindən veriləcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Ən son

GÜNDƏM

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür.

GÜNDƏM

Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür.