Artıq hamıya məlumdur ki, Azərbaycanda COP29 keçiriləcək. Bəs COP29 nədir? Gəlin birlikdə məlumatlanaq.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.
Bu il Azərbaycan Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbir Bakı Stadionunda keçiriləcək.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri və Azərbaycanın milli neft şirkəti SOCAR-ın keçmiş əməkdaşı Muxtar Babayev 2024-cü ilin yanvarında COP29-un prezidenti seçilib.