Zivər bəy Əhmədbəyov: Cümhuriyyətin Baş Memarı

Tarixi abidələri, memarlıq inciləri, qədim yaşayış məskənləri ilə sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr verən, Bakının simasının bir türk, müsəlman şəhəri olaraq formalaşmasında xüsusi xidmətləri olan, Cümhuriyyətin Baş Memarı kimi tarixdə qalan Zivər bəy Əhmədbəyov 1873-cü il fevralın 16-da Şamaxıda dünyaya gəlib. İlk təhsilini Şamaxıda alan Əhmədbəyov 1902-ci ildə Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitunu bitirib. İlk Ali təhsilli […]
Nəsir İmanquliyev – 113

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı» qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim «Gənc işçi», «Yeni yol», «Kommunist», «Döyüşən Krım» qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.1958-ci il yanvarın 10-da işıq üzü […]
İsa Bəy Aşurbəyov (2-ci hissə)

Körpənin adını İsa qoyurlar. Uşağın ayağı sayalı olur. Sabunçu kəndindəki neft mədənlərindəki quyulardan, hətta 1890-cı ildə 28 metr dərinliyində qazılmış quyudan neft sel kimi axmağa başlayır. 1918-ci ildə Mart qırğını başlayanda, İsa bəy şəxsi əlaqələrindən istifadə edib türk qoşunlarının Bakıya daxil olması üçün səylər göstərir. Bununla belə, Hacı Mehdiqulu bəy yeganə övladının mükəmməl təhsil almasına […]
HACI ZEYNALABDİN TAĞIYEVİN HƏYATINDAN BİR NEÇƏ FAKT

Mən öz millətimi dilənçiliyə öyrətmərəm Zeynalabdin Tağıyev bakılı başmaqçı Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olub. Bakı şəhərinin 1849, 1860, 1873-cü illərə aid kameral təsvirlər [2] əsasında bu qənaətə gəlmək olar ki, Tağı Dostməhəmməd oğlu təxminən 1791-ci ildə anadan olmuş, 1873-cü ilədək dünyasını dəyişmişdir. Onun iki oğlu qeydiyyata alınmışdır – Zeynalabdin və Əliqulu. 1849-cu ilə aid […]
Murtuza Muxtarov

Milyonçu mühəndis (Bioqrafik oçerk) Qazmaçı Onun haqqında deyirdilər ki, milyonlarla manat pul Muxtarov üçün milçək kimidir… Çünki bütün maliyyə sənədlərinə imza atarkən, rus hərfləriylə, qısa şəkildə “Mux” yazardı.XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının neft milyonçuları arasında Murtuza Muxtarovun xüsusi yeri var idi. Ən əvvəl ona görə ki, o biri milyonçulardan fərqli olaraq, Muxtarov […]
İşıq, nur onun varlığında, əməllərində idi

Gün gəldi, auditoriyaya ucaboylu, ilk baxışda zəhmli görünən, haqqında xoş sözlər eşitdiyimiz müəllimimiz daxil oldu, mehribanlıqla tələbələri süzdü və tanışlıq başlandı.
İsa Bəy Aşurbəyov (1-ci hissə)

Soyuq, darısqal və yarıqaranlıq otaqda – bayram süfrəsi arxasında ailə üzvləri əyləşmişdilər. Neft lampası otağı zəif işıqlandırsa belə, insanların üzlərindəki kədər açıq-aydın sezilirdi. Bu il bayram həmişəki kimi dəbdəbəli keçmirdi. Ailə üzvləri divarda asılmış kəfkirli saata tez-tez nəzər salır, ənənəyə sadiq qalaraq ilin son dəqiqələrinin tamam olmasını gözləyirdilər. Birdən qapı döyüldü. Hamı təəccüblə bir-birinə baxdı: […]
Hər bir azərbaycanlının iftixarla andığı şəxsiyyət – Heydər Əliyev!

Bütün zamanlarda tarix şəxsiyyətlər, qüdrətli simalar yetirib. Tək-tək şəxsiyyətlər olub ki, onlar tərcümeyi- halı ilə tarixin özünü yaradıblar. Tərəddüd etmədən deyə bilərik: onlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Bu böyük şəxsiyyət 10 milyondan çox azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin memarı, Yer üzünə səpələnmiş 50 milyondan azərbaycanlının həmrəylik təminatçısıdır. Heydər Əliyev […]
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Naziri, artileriya generalı Səməd bəy Mehmandarovun anadan olduğu gündür!

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur. Adı Milli Dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan, milli ordu quruculuğunun memarı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarov şəcərə dəftəri ilə Şuşanı Şuşa edən qüdrətli əsilzadə soylarından birinə-Mehmandarovlara bağlıdır. 1856-cı il, oktyabrın 16-da Lənkəranda dünyaya gələn […]
Nəsir İmanquliyev

“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də ki kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”. Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Azərbaycan ədəbiyyatı, jurnalistikası və ictimai həyatında əqidəsi, əməlləri, peşəkarlığı ilə müstəsna yer tutan görkəmli jurnalist, ictimai xadim, […]