Nərimanov rayonu – İki liderin bir ünvanı

“Gənclik”, “Nəriman Nərimanov”, “Ulduz” və “Bakmill” metrostansiyalarını əhatə edən Nərimanov rayonu, həm də, artıq yaşı yüz ili ötmüş və haqlamış tarixi tikililərin diyarıdır.
Nobel qardaşlarından 5G-yə: Azərbaycanın Bakıdan başlayan telefon rabitəsi inkişafı

Fevralın 18-i Azərbaycan üçün əlamətdar günlərdən biridir. 1881-ci il yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və həmin ilin fevralın 18-də icazə verilib. Noyabr ayının 23-də isə Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk […]
Səbail oxunmamış kitab kimidir

İkinci yazı Milli dövlətçilik tariximizə Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi qüdrətli dövlətlər bəxş edən Odlar Yurdu Azərbaycan Cümhuriyyətə qədər imperiyalar arasında parçalansa da, Təbrizin, Dərbəndin, Borçalının, İrəvanın, Naxçıvanın, Şamaxının, Bakının mənəvi dəyərlər tarixində yeri və rolu danılmaz olub. Türk saray mədəniyyətinin bütün incəliklərini və əzəmətini özündə ehtiva edən bu şəhərlər, təkcə […]
Azərbaycan Bakıdan, Bakı Səbaildən başlayır – I hissə

Milli-mənəvi dəyərlər və dövlətçilik tariximizdə mühüm yer tutan Bakının düşünən beyni, döyünən qəlbi hesab edilən Səbail rayonu tarixi tikililərin, abidələrin məskəni kimi bütün dövrlərdə diqqət mərkəzində olub. Xəzərin sahilində, Bayıl buxtasında yerləşən Səbailin adı tarixi mənbələrdə, eyni zamanda “Qurani-Kərim”də çəkilir. Səbailin zəngin tarixini, memari incilərini özündə ehtiva edən Bayıl qəsri dünya tarixçiləri tərəfindən, həm də […]
Bakının Aynası

“Bakı” qəzeti ilk dəfə 10 yanvar 1958-ci ildə nəşr olunub 1958-ci il yanvarın 10-da Bakı şəhərinin mətbuu orqanı kimi fəaliyyətə başlayan “Bakı” qəzeti 35 min tirajla hər gün saat 5-də oxucularının görüşünə gəldi. Şəhər həyatının bütün sferalarını, elmi-mədəni, ictimai-siyasi, iqtisadi-sosial yeniliklərlə ölkənin informasiya bazasına çevrilən “Bakı”nı tirajı 150-200 min olan “Kommunist” və “Vışka” qəzetlərindən fərqləndirən […]
Nəsir müəllim “Bakı”nı Bakının aynasına çevirdi

“Bakı” qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi. 1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti […]
Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi

Adı milli dövlətçilik tariximizə həkk olunan, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi öz məktəbini yaradan “Bakı”nı Bakının aynasına çevirən Nəsir Əsəd oğlu İmanquliyev 1911-ci il dekabrın 22-də anadan olub. Bütün həyatını ölkədə milli mətbuatın inkişafına, media və kommunikasiya məsələlərinin tədqiqi və təbliğinə həsr edib. Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin – Təbrizin və Bakının adı […]
Qarğıdalı, portret və… dil

Sovetlər Birliyinin keçmiş başçılarından Nikita Sergeyeviç Xruşşovun adı onu xatırlayan insanların çöhrəsində indinin özündə də təbəssümqarışıq qəribə bir ifadə yaradır. Bunun müxtəlif səbəbləri var. Amma vaxtilə nəhəng bir ölkənin başçısı olan bu insanla bağlı ən yaddaqalan hadisə, heç şübhəsiz, “qarğıdalının inkişaf etdirilməsi” məsələsi olub. Xruşşov bu işə o qədər aludə olmuşdu ki, hətta kənd təsərrüfatı […]
Səfəvilərin ən çox etibar etdiyi tayfa-QACARLAR

Mənşəyi Beş yüz il ərzində Azərbaycan tarixində önəmli rol oynamış tayfalardan biri də Qacarlar tayfası olub. Əvvəl kiçik türk oymağı kimi formalaşan Qacarlar sonradan öz şücaətləri və siyasətləri sayəsində güclənmiş və nəhayətdə dövlət quruculuğuna qədər yüksələ biliblər. Digər məşhur tayfalar kimi Qacarların da mənşəyi ilə bağlı bir neçə fərziyə var. Bəzi tarixçilərin fikrincə, Qacarlar Azərbaycan […]
Ağqoyunlular

Mənşəyi Müasir Azərbaycan xalqının türk xalqları ailəsi tərkibində müstəqil xalq kimi formalaşmasında böyük rolu olan tayfalardan biri də Ağqoyunlulardır. Ağqoyunlu və Qaraqoyunlu tayfa birlikləri Oğuz türklərinin nəslindən olan tayfaları birləşdirirdi və onlar eyni türk boyunun nəslindən idilər. Hərçənd yüz il ərzində aralarında qanlı savaşlar olmuşdu. Ağqoyunlu tayfa birliyinin başında qədim Bayandur tayfasının nümayəndələri dururdu. Buna […]