Nəsir İmanquliyev – 113

Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin anadan olmasından 113 il ötür. «Bakı» qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim «Gənc işçi», «Yeni yol», «Kommunist», «Döyüşən Krım» qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.1958-ci il yanvarın 10-da işıq üzü […]
Azərbaycan tacirləri Venesiyada (XVI-XVII əsrlər)

Venesiya XVI-XVII əsrlərdə Səfəvi ipək ticarəti üçün Avropaya əsas çıxış qapısı rolunu oynayırdı. Bundan əlavə, Venesiyanın ticarət baxımından yerləşməsinə görə Səfəvi saray təsərrüfatı üçün lazım olan əşyaları sifariş etmək və almaq üçün əlverişli yer hesab edilirdi. Xüsusilə, I Şah Abbasın hakimiyyəti dövründən etibarən diplomatik və ticarət məqsədləri ilə bir sıra Venesiyaya səfər edən Səfəvi tacirlərinə […]
Xan qızı Ağabəyim ağanın bəxtsiz taleyi

Tarixi məlumatlara görə, Qarabağ xanı İbrahim xanın doqquz qız övladı olmuşdu ki, onlar arasında Ağabəyim ağa və Gövhər ağa öz ədəbi, ictimai fəaliyyətləri ilə Azərbaycan tarixində minnətdarlıqla xatılanan xanımlara çevrilmişlər. Gövhər ağanın ictimai-xeyriyyəçilik fəaliyyətinin bariz nümunəsi olan Gövhər ağa məscidi günümüzə qədər gəlib çatmaqla bu gün də Şuşa şəhərinin simvollarından biri sayılmaqdadır. Ağabəyim ağa isə […]
Ağa Musa Nağıyevin varidatını oğurlayan Koba təxəllüslü Stalin

Azərbaycanda Musa Nağıyev adını bilməyən az adam var. Bu şəxsin haqqında əfsanələr dolaşır. Onun varidatının kifayət qədər çox olması barədə mənbələrdə məlumatlara rast gəlmək olar. Azərbaycanda məşhur milyonçunun sağ ikən 413 milyon qızıl pulu olduğu qeyd edilir. Lakin Sankt-Peterburqda buraxılan kataloqda onun 2 dəfə çox, 690 milyon qızıl pulu olduğu qeyd edilir. Nağıyevin pulunun miqdarını heç […]
İsa Bəy Aşurbəyov (2-ci hissə)

Körpənin adını İsa qoyurlar. Uşağın ayağı sayalı olur. Sabunçu kəndindəki neft mədənlərindəki quyulardan, hətta 1890-cı ildə 28 metr dərinliyində qazılmış quyudan neft sel kimi axmağa başlayır. 1918-ci ildə Mart qırğını başlayanda, İsa bəy şəxsi əlaqələrindən istifadə edib türk qoşunlarının Bakıya daxil olması üçün səylər göstərir. Bununla belə, Hacı Mehdiqulu bəy yeganə övladının mükəmməl təhsil almasına […]
Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi

Adı milli dövlətçilik tariximizə həkk olunan, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi öz məktəbini yaradan “Bakı”nı Bakının aynasına çevirən Nəsir Əsəd oğlu İmanquliyev 1911-ci il dekabrın 22-də anadan olub. Bütün həyatını ölkədə milli mətbuatın inkişafına, media və kommunikasiya məsələlərinin tədqiqi və təbliğinə həsr edib. Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin – Təbrizin və Bakının adı […]
HACI ZEYNALABDİN TAĞIYEVİN HƏYATINDAN BİR NEÇƏ FAKT

Mən öz millətimi dilənçiliyə öyrətmərəm Zeynalabdin Tağıyev bakılı başmaqçı Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olub. Bakı şəhərinin 1849, 1860, 1873-cü illərə aid kameral təsvirlər [2] əsasında bu qənaətə gəlmək olar ki, Tağı Dostməhəmməd oğlu təxminən 1791-ci ildə anadan olmuş, 1873-cü ilədək dünyasını dəyişmişdir. Onun iki oğlu qeydiyyata alınmışdır – Zeynalabdin və Əliqulu. 1849-cu ilə aid […]
Qaraqoyunlular

Dövlətçiliyə doğru Azərbaycan xalqının formalaşmasında əsas rol oynayan Oğuz türk tayfalarının tarixi çox qədim dövrlərə gedib çıxır. Lakin bilavasitə Azərbaycan kökənli olan və dövlət quruculuğu mərhələsinə yüksələ bilən tayfalardan danışarkən, alimlər ilk olaraq Qaraqoyunluların adını çəkirlər. Oğuz nəslindən olan Törə bəyin (13-cü əsr) xələfləri tərəfindən qurulan bu tayfa birliyinə Baharlı, Səədli, Alpavut, Qaramanlı və sair […]
Qarğıdalı, portret və… dil

Sovetlər Birliyinin keçmiş başçılarından Nikita Sergeyeviç Xruşşovun adı onu xatırlayan insanların çöhrəsində indinin özündə də təbəssümqarışıq qəribə bir ifadə yaradır. Bunun müxtəlif səbəbləri var. Amma vaxtilə nəhəng bir ölkənin başçısı olan bu insanla bağlı ən yaddaqalan hadisə, heç şübhəsiz, “qarğıdalının inkişaf etdirilməsi” məsələsi olub. Xruşşov bu işə o qədər aludə olmuşdu ki, hətta kənd təsərrüfatı […]
Murtuza Muxtarov

Milyonçu mühəndis (Bioqrafik oçerk) Qazmaçı Onun haqqında deyirdilər ki, milyonlarla manat pul Muxtarov üçün milçək kimidir… Çünki bütün maliyyə sənədlərinə imza atarkən, rus hərfləriylə, qısa şəkildə “Mux” yazardı.XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının neft milyonçuları arasında Murtuza Muxtarovun xüsusi yeri var idi. Ən əvvəl ona görə ki, o biri milyonçulardan fərqli olaraq, Muxtarov […]