Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Şənbə günü bu yol bağlanacaq

Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə “Qafqazinfo”ya Avtomobil Yolları üzrə Dövlət Agentliyindən məlumat verilib.  Bildirilib ki, 5 oktyabr saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin  hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, […]

AMEA prezidentinə yeni müşavirlər təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub. “BakıBaku” Report-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib. Belə ki, akademik Telman […]

Azərbaycan Rusiyaya yeni səfir təyin edib

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qənirə Paşayevanın vəzifəsinə Polad Bülbüloğlu təyin edildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu olub. “BakıBaku” Milli.Az -a istinadən xəbər verir ki, bu vəzifəni əvvəl mərhum millət vəkili Qənirə paşayeva icra edirdi. Onun vəfatından sonra sözügedən vəzifə deputat Fazil Mustafaya həvalə olunmuşdu.  Qeyd edək ki, Q.Paşayeva ötən il dünyasını dəyişib. 

Rusiya prezidenti Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib. Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb. Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəni davam etdirir

“BakıBaku” Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin […]

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir. “BakıBaku” “Report”a istinadən xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək. BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş […]

Makronun adamları Bakıda istintaqa cəlb olunub – Şok detallar

Britaniya araşdırmaçı mətbu orqanı olan “flaremagazine.co.uk” “E.Makronun adamları Azərbaycanda istintaq altındadır?” başlıqlı yazı yayımlayıb. “BakıBaku” “Qafqazinfo“-ya istinadən xəbər verir ki, məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb. Həmin məqaləni təqdim edirik: “26.09.24 Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq […]

Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq

Sabah Bakının üç rayonunda qaz olmayacaq. “BakıBaku” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 sentyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisi, həmçinin […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors