Qoşa Qala Qapılarının qarşısındakı meydanda əsaslı dəyişikliklər gözlənilir – MÜSAHİBƏ

Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması, əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükəyə çevrilir. Paytaxtın belə ərazilərindən biri də Qoşa Qala Qapılarının qarşısındakı meydan (Sabir bağı və Konstitusiya Məhkəməsi binasının yanındakı sahə), Əziz Əliyev küçəsi və […]
Salyan şosesində təmir işləri başa çatıb

Salyan şosesində aparılan təmir işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri sözügedən şosenin Bibiheybət şosesindən Lökbatan dairəsinədək olan 5,33 kilometr uzunluğa malik, ortalama eni 28 metr təşkil edən hissəsində icra olunub. Şose boyunca müəyyən hissələrdə asfalt-beton örtükdə çat və qabarmalar müşahidə olunurdu. Bu isə rahat gediş-gəlişə maneə yaradırdı. İcra olunan təmir […]
Bakıda ilk inklüziv kafe fəaliyyətə başlayıb

Bakıda əlilliyi olan şəxslərin də çalışacağı ilk inklüziv kafe – “Kaşalata” kafe fəaliyyətə başlayıb. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, kafenin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və […]
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Şənbə günü bu yol bağlanacaq

Bakıda daha bir yolda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə “Qafqazinfo”ya Avtomobil Yolları üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 5 oktyabr saat 00:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, […]
AMEA prezidentinə yeni müşavirlər təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub. “BakıBaku” Report-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib. Belə ki, akademik Telman […]
Azərbaycan Rusiyaya yeni səfir təyin edib

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qənirə Paşayevanın vəzifəsinə Polad Bülbüloğlu təyin edildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu olub. “BakıBaku” Milli.Az -a istinadən xəbər verir ki, bu vəzifəni əvvəl mərhum millət vəkili Qənirə paşayeva icra edirdi. Onun vəfatından sonra sözügedən vəzifə deputat Fazil Mustafaya həvalə olunmuşdu. Qeyd edək ki, Q.Paşayeva ötən il dünyasını dəyişib.
Rusiya prezidenti Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib. Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb. Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.