Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Hakan Fidan Blinkenlə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, “İTRT Haber”ə müsahibəsində bildirib. O qeyd edib ki, görüş zamanı Qəzza, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Milli Məclisdəki çıxışı zamanı səsləndirdiyi fikirləri geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin açılışındakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. AZƏRTAC xəbər verir ki, newsday.ge, 24news.ge, aktual.ge, interpress.ge portalları, 1tv.ge, trt-georgia televiziya kanallarında dövlətimizin başçısının çıxışından materiallar yayımlanıb. Newsday.ge portalında Azərbaycan Prezidentinin Ermənistana silah verən ölkələrə xəbərdarlığından və ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində görülən işlərdən bəhs olunur. Materialda deyilir: “Bizim […]

Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşdük. İki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik. “BakıBaku” BAKU.WS-ə istinadən xəbər verir ki, bunları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib. “2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin […]

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edildi

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1133-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib. “BakıBaku” , Report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. […]

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda […]

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors