Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Azərbaycan XİN TDT-nin yaradılmasının 15-ci ildönümü ilə bağlı paylaşım edib

Bu gün, tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan Türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. “Bu münasibətlə, ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən Təşkilatın bütün […]

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb

“Elm və Təhsil Nazirliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar tədbirlər planı hazırlayıb”. “BakiBaku” Report-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “İqlim keçidlərində ali təhsilin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun […]

Bakıda UNESCO-nun ikinci subregional konfransı keçirilir

Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə ikinci illik subregional konfrans və praktik sahə seminarı işə başlayıb. “BakiBaku” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan və İran nümayəndələri iştirak edirlər. Konfransın təşkilində məqsəd “Volqa-Xəzər İpək Yolu […]

Bakıda ikimərtəbəli ev yanır

Bakıda ikimərtəbəli ev yanır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir. Əlavə […]

Bakıda EUROSAI-nin Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir

Bu gün Bakıda Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) illik toplantısı keçirilir. “BakıBaku” Report-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Hesablama Palatasıdır. Toplantını giriş sözü ilə açan Palatanın sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Sədrin sözlərinə görə, bugünki toplantı Palatanın məsuliyyətini artırmaqla bu […]

Bakıda Böyükşor bulvarının kənarından keçən avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Oktyabrın 3-də, saat 23:00-dan oktyabrın 4-ü saat 06:00-a qədər Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarının kənarından keçən avtomobil yolu üzərində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə […]

Mövsümü viruslardan necə qorunmaq olar?

Mövsümi viruslardan qorunmaq üçün bir sıra tədbirləri nəzərə almaq lazımdır. Xüsusilə ictimai yerlərdən qayıtdıqdan sonra əllərin sabun və su ilə yuyulması, həmçinin spirt tərkibli təmizləyici vasitələrdən istifadə edilməsi faydalıdır. AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun terapevti Günel Sadıqlı deyib. Həkim-terapevtin dediyinə görə, vitaminlər və minerallarla zəngin qidalar, xüsusilə C vitamini […]