Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

“Qafqazın Hirosiması” adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər

Şuşa-Ağdam magistral yolu ilə irəlilədikcə, 1993-cü ildə işğal edilən Ağdamın simasındakı faciə izləri aydın görünür. İşğaldan sonra xarici nəşrlər buranı əbəs yerə “Qafqazın Hirosiması”, “Ruhlar şəhəri” adlandırmayıblar. 2020-ci ilin noyabrında – işğaldan azad ediləndən sonra rayonda minadan təmizləmə və kütləvi quruculuq işlərinə başlanıb. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri də bu layihələrdən biridir… “Kaspi” qəzeti mövzu […]

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb. “BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir C.Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksəksəviyyəli görüşlərdə iştirakı […]

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. Xidmətdən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, […]

Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Heydər Əliyev Su Anbarına 200 min sazan balığı körpəsi buraxılıb. Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun, Türkiyə Respublikası Kənd Təsərrüfatı və […]

“Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər nə yerdədir? – AÇIQLAMA

“BakıBaku” Trend-ə istinadən xəbər verir ki, “Sevirəm” parkının genişləndirilməsi ilə bağlı söküntü işlərinin əsas hissəsi başa çatıb. Bunu Trend-ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. O bildirib ki, sökülən tikililərin yerində abadlıq işləri görülərək, bu sahə mövcud parkın ərazisinə qatılacaq. “Söküntü ərazisi, əsasən, Kamandar Əhmədov, Həmid Abbasbəyli, Yusif […]

Asteroidlər gələcək kosmik missiyalarda qida mənbəyi ola bilər

ABŞ-ın Miçiqan Texnologiya Universitetinin alimləri inqilabi ideya irəli sürüblər. Onlar iddia edirlər ki, asteroidlərdən gələcək kosmik missiyalar üçün qida mənbəyi kimi istifadə etmək mümkündür. AZƏRTAC bu barədə “The International Journal of Astrobiology” nəşrinə istinadla xəbər verir.  Uzunmüddətli kosmik səyahətin ən böyük problemlərindən biri ekipajı kifayət qədər qida ilə təmin etməkdir. Yemək saxlamaq və ya kosmosda bitki yetişdirmək […]

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin premyerası olub. “BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi […]

Parlament COP-la bağlı konvensiya və sazişləri təsdiqləyəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş” təsdiq ediləcək.  “BakiBaku” APA-ya […]

Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir. Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə […]

Bakıda yeni bulvar SALINIR

“Qanlı göl”ün ətrafında bulvar salınması işlərinə başlanılıb. Bu barədə “Trend”in sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq. “Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin […]