Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu işə başlayıb. “BakıBaku” Oxu.Az-a istinadən xəbər verir ki, ilk dəfə keçirilən və sabah başa çatacaq tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyidir. Forumu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, […]
BŞİH-də müşavirə – Nöqsanlar tənqid edildi

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. BŞİH-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edilib […]
İlham Əliyev Rusiyaya səfərə gəlib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib. “BakıBaku” 1news.az-a istinadən xəbər verir ki, Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.
Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Həştərxanda keçirilən “Teatralnaya delta” III Beynəlxalq Festival-Forumunda iştirak edib və mədəniyyətlərarası dialoqun, millətlərarası münasibətlərin inkişafı xəttinin formalaşmasına güclü təkan verən tədbirin iştirakçısı kimi diploma layiq görülüb. AZƏRTAC xəbər verir ki, Azərbaycan incəsənət ustaları Həştərxan Dram Teatrının səhnəsində Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşasını təqdim ediblər. Tamaşa “Sankt-Peterburq teatr […]
Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 9 nəfər xəsarət alıb

Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır. Bu barədə “Report“a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 […]
COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində “Əriyən qar üzərində” adlı film nümayiş edilib. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, film ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə və COP29 dialoqlarına həsr olunub. Filmdə belçikalı rəssam Sofie Kauvinin yaradıcılığı, əsərlərindəki təbiəti təsviri, sənətlə təbiətin vəhdəti əks olunub. Qeyd edək ki, filmin müəllifi və prodüseri Mojtaba Bahadori, səs rejissoru […]
Bakıda qazanxanada PARTLAYIŞ: Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub. “BakıBaku” APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² […]
“Tullantıları hədiyyələrə dəyiş” festivalı bu dəfə Xətaidə – Fotolar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığıi ilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. “BakıBaku Qafqazinfo-ya istinadən xəbər verir ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 3483 litr olan plastik, 495 litr olan şüşə və 479 ədəd işlənmiş batareya təhvil verərək əvəzində kitab, ekoçanta, […]
Bakıda hərbi seminar keçirilir

Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb. “BakıBaku” Modern.az-a istinadən xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edirlər. Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair […]
“Qafqazın Hirosiması” adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər

Şuşa-Ağdam magistral yolu ilə irəlilədikcə, 1993-cü ildə işğal edilən Ağdamın simasındakı faciə izləri aydın görünür. İşğaldan sonra xarici nəşrlər buranı əbəs yerə “Qafqazın Hirosiması”, “Ruhlar şəhəri” adlandırmayıblar. 2020-ci ilin noyabrında – işğaldan azad ediləndən sonra rayonda minadan təmizləmə və kütləvi quruculuq işlərinə başlanıb. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri də bu layihələrdən biridir… “Kaspi” qəzeti mövzu […]