Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Dənizkənarı Bulvar İdarəsi mənfəətini kəskin artırıb

Dənizkənarı Bulvar İdarəsi

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2023-cü ili 2,613 milyon manat mənfəətlə başa vurub.Baki-baku.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,6 dəfə çoxdur.2023-cü ildə DBİ-nin əsas əməliyyat gəlirləri 19,712 milyon manat (2022-ci ilə ilə nisbətən 1,6 % çox), insan resursları üzrə xərcləri 11,811 milyon manat (4,3 % çox), amortizasiya və köhnəlmə xərcləri […]

Bakıda ortaaylıq əməkhaqqı 7%-dən çox artıb

Ortaaylıq əməkhaqqı

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 252,7 manat təşkil edib.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, paytaxtda ortaaylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3% artıb.Qeyd edək ki, doqquz ayda Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 993 manat təşkil edib.

Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Baki-Baku.az xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, […]

“Azəriqaz” abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.Baki-baku.az bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə yanvarın 2-dən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.“Mexaniki sayğaclar üzrə göstəricilər […]

AZAL-a subsidiya 19 %-ə yaxın artırılıb

Bu il Azərbaycanda dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılacaq.Baki-baku.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dekabrın 27-də təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 18,9 % çoxdur.Xatırladaq ki, 2025-ci ildə büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü […]

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

 Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Baki-baku.az müraciəti təqdim edir: “Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz […]

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 26 %-ə yaxın artıb

Bank kartları

Bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 498,8 milyon manatlıq əməliyyat aparıb. Baki-baku.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur. Təkcə noyabrda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə […]

“Azərkosmos”un ixrac gəlirləri 6 %-dən çox azalıb

Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 50 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.Baki-Baku.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 ölkə çox […]

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq 

nəqliyyat vasitələrinin utilizasiyası

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq. Baki-baku.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin dekabrın 27-də təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb. Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 2 dəfə çoxdur. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə […]

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsini təsdiqləyib.Baki-Baku.az xəbər verir ki, Fondun bu il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.