Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.Baki-Baku.az bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü […]
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.
Bakı metrosunda ilk dəfə dəmir-beton bloklar tətbiq edilib

Bakı metropolitenində ilk dəfə “İçərişəhər” stansiyasında qatarların hərəkəti məhdulaşdırılmadan gödək ağac şpalların əvəzinə dəmir-beton bloklar qoyulub.Baki-Baku.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “İçərişəhər” stansiyasının qatarların qəbul edilib yola salındığı baş yolunda yararsız gödək ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasına 2022-ci il may ayının 27-də başlanılıb.Əvvəlcə stansiya yolunun təməl qatı öyrənilərək yeni […]
Bakıda istehsalın həcmində sənaye məhsulunun payı 93 % olub

2024-cü ilin yanvar-oktyabr aylarında Bakıda istehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 % təşkil edib. Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 44,4 milyard manat təşkil olub. Sənaye məhsulunun 75,5 %-i mədənçıxarma, 21,4 %-i emal, 2,2 %-i elektrik […]
Bakıda inşaat işlərinin 90 %-dən çoxu özəl müəssisələr tərəfindən yerinə yetirilib

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ümumi inşaat işlərinin 90,3 %-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, qeyd edilən dövrdə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,7 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,7 %-ni əsaslı təmir, 3,1 %-ni cari təmir, 3,5 %-ni isə sair tikinti işləri təşkil edib.
Paytaxtda ictimai iaşə dövriyyəsinin 58,5 %-i hüquqi şəxslərin payına düşür

2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, dövriyyənin həcmi 1 milyard 268,5 milyon manat olub.Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5 %-ni təşkil edib.
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin sayı 9 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, on ayda ödənişli xidmətlərin dəyəri 6 milyard 188 milyon manat olub.Hüquqi şəxslər tərəfindən əhaliyə 5 miıyard 933,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin […]
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Baki-Baku.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” […]
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı Əli Əkbər Əhmədianın ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd etdi ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur.Əli […]
Mikro sahibkarlıq subyektlərinin 70- %-ə yaxını Bakıda yerləşir

Ötən il Azərbaycanda fəaliyyət göstərən mikro sahibkarlıq subyektlərinin 68,7 % Bakının payına düşüb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 178 min 61 mikro sahibkarlıq subyektləri var. Bunlardan 122 min 269-u Bakıda yerləşir.