Paytaxtda ictimai iaşə dövriyyəsinin 58,5 %-i hüquqi şəxslərin payına düşür

2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, dövriyyənin həcmi 1 milyard 268,5 milyon manat olub.Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 741,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,5 %-ni təşkil edib.
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin sayı 9 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artıb.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, on ayda ödənişli xidmətlərin dəyəri 6 milyard 188 milyon manat olub.Hüquqi şəxslər tərəfindən əhaliyə 5 miıyard 933,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin […]
Mikro sahibkarlıq subyektlərinin 70- %-ə yaxını Bakıda yerləşir

Ötən il Azərbaycanda fəaliyyət göstərən mikro sahibkarlıq subyektlərinin 68,7 % Bakının payına düşüb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvarın 1-i vəziyyətinə görə, Azərbaycanda 178 min 61 mikro sahibkarlıq subyektləri var. Bunlardan 122 min 269-u Bakıda yerləşir.
Ötən il Bakıda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-ə yaxın artıb

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 4,6 % artıb.Baki-baku.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 229,5 milyon nəfər olub.Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.
Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.Baki-baku.az xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliklərinin birgə yaydığı […]
Azərbaycan Prezidenti: Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq

Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Baki-baku.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib. “Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən […]
Prezident: İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq

Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Baki-baku.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib. Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin […]
Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 28 milyard 242,5 milyon manat olub.Baki-baku.az Bakı şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % çoxdur.Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artaraq 16 milyard 8,8 milyon manata, […]
Dənizkənarı Bulvar İdarəsi mənfəətini kəskin artırıb

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2023-cü ili 2,613 milyon manat mənfəətlə başa vurub.Baki-baku.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 25,6 dəfə çoxdur.2023-cü ildə DBİ-nin əsas əməliyyat gəlirləri 19,712 milyon manat (2022-ci ilə ilə nisbətən 1,6 % çox), insan resursları üzrə xərcləri 11,811 milyon manat (4,3 % çox), amortizasiya və köhnəlmə xərcləri […]
Bakıda ortaaylıq əməkhaqqı 7%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 252,7 manat təşkil edib.Baki-baku.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, paytaxtda ortaaylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3% artıb.Qeyd edək ki, doqquz ayda Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 993 manat təşkil edib.