Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

TARİX

Çaldırandan sonrakı qarşıdurma: Osmanlı-Səfəvi münasibətlərinin mürəkkəb mərhələsi

İkinci yazı

Şah I Təhmasib iki rəqibini qarşı-qarşıya qoymaqla yanaşı, portuqalları Səfəvilərə yardıma da məcbur etmişdi

Portuqallar vəziyyətin getdikcə çətinləşdiyini görüb Səfəvilərə yardım etməyə məcbur oldular. Səfəvilərin Venesiyadakı səfiri Hacı Məhəmməd məlumat verir ki, Portuqaliya kralı Səfəvilərə 20.000 çekin məbləğində pul göndərilməsi haqqında göstəriş vermişdir. Krusinskinin məlumatına görə, Şah Təhmasib 1549-cu ildə portuqaliyalılardan 10 minlik qoşun və 20 top almışdı. 1551-ci ildə isə Portuqaliya kralı III Juanın elçiləri Səfəvi sarayına gəlmişdi.

Beləliklə, Şah I Təhmasib iki rəqibini qarşı-qarşıya qoymaqla yanaşı, portuqalları Səfəvilərə yardım etməyə də məcbur etmişdi. Bu, o dövr üçün atılmış ən doğru addım idi. Çünki tayfalararası mübarizə nəticəsində siyasi və iqtisadi cəhətdən zəifləmiş ölkənin eyni anda özbəklər, portuqallar və osmanlılar ilə mübarizə aparması mümkünsüz idi. Şah I Təhmasib Sultan Süleymanın ilk səfərinə hazır olmasa da, sonrakı üç səfərində torpaq itirmədən hücumları dəf etməyi bacardı.

 Şah I Təhmasib Sultan Süleymana ikinci dəfə sülh təklif etsə də, Sultan  bunnan imtina etdi

Çaldıran döyüşündən sonra Osmanlı ilə Azərbaycan arasında ikinci tarixi hadisə yaşandı. 1535-ci ildə Sultan Süleyman  Səfəvilər İmperiyasına- Azərbaycana ikinci dəfə hücum etdi. Şah I Təhmasib əvvəlcədən hazırlıq işləri görüb Təbriz əhlinin  zərər çəkməməsi üçün onları  ölkələrin içərilərinə köçürdü. Təbrizdə ordunu yerləşdirdikdən sonra o Sultaniyyəyə çəkildi. Osmanlı Sultanı Təbrizə daxil olarkən ordunun vəziyyəti ağırlaşdı. Dünyanı dizə gətirən Sultan Sultaniyyəyə çatdıqda ərzaq qıtlığı və baş verən taun xəstəliyi səbəbi ilə ordusunun bir qismini itirdi. Şah I Təhmasib Sultan Süleymana ikinci dəfə sülh təklif etsə də, Sultan  bunnan imtina etdi. 

Bunun ardınca şah Əmir Sultan Rumlu və Çıraq Sultan Üstaclıya osmanlıların öndə gələn qüvvələrini qarşılamağı əmr etdi. Baş vermiş döyüşdə ərzaq qıtlığı və xəstəlikdən əziyyət çəkən Osmanlı ordusu asanlıqla məğlub edildi. Çətin vəziyyətə düşən Sultan Süleyman  geri çəkilməyi əmr etdi. Şah I Təhmasib, Bəhram Mirzə, Məntəşə Sultan, Şahqulu xəlifə Möhrdar və digərlərinə İbrahim paşanı təqib etməyi tapşırıb özü Van istiqamətində hərəkətə keçdi.

 Budaq xan Qacarla baş vermiş döyüşdə Osmanlı ordusu məğlub edildi

Sultan  Süleyman Şah I Təhmasibin  Vana gəldiyini öyrəndikdən Məhəmməd paşa və Ulama bəyi 2.000 yeniçəri və 10.000 süvari ilə oraya göndərdi. Ulama bəy də bəzi Səfəvi əmirləri kimi şaha xəyanət edib Osmanlı tərəfə keçmişdi. Bu səbəblə də o, şah qorçularının gücündən xəbərdar idi. O, Məhəmməd paşanı döyüşə girməkdən çəkindirməyə çalışsa də, nəticəsiz qaldı. Şahın Türkman tayfasına mənsub olan 2 minlik qorçu dəstəsi Məhəmməd paşanın 12 minlik dəstəsini məğlub etdi.

Bəhram Mirzə şahın əmri ilə Ərcişi azad etdi. Sultan Süleyman Sinan paşaya Ərcişin yenidən ələ keçirilməsini əmr etmişdi. Ancaq Budaq xan Qacarla baş vermiş döyüşdə Osmanlı ordusu məğlub edildi. Sinan paşanın kəsilmiş başı Van yaxınlığındakı şah düşərgəsinə göndərildi.

Sultan Süleyman İbrahim paşaya da məsələyə müdaxilə etməsini tapşırdı. İbrahim paşa Ərcişi ələ keçirmək üçün dəstə göndərsə də,  Səfəvilər  qələbə qazandılar. Bununla da Şah I Təhmasib Van, Ərciş, Bitlis və Şərqi Anadolunun bir hissəsini azad etməyə nail oldu.  Şah I Təhmasibin  növbəti vəzifəsi isə şübhəsiz ki,  ölkə daxilindəki  xəyanətkarları cəzalandırmaq idi.

 Tanrı birliyimizi, diriliyimizi qorusun!  

Çaldıran döyüşündən, Yavuz Sultan Səlimlə Şah İsmayıl Səfəvinin savaşından sonra iki fatehin varisləri – Sultan Süleyman , Şah I Təhmasib üz-üzə gəldilər . Kürək – kürəyə olub yağı üstünə yeriməli olan iki türkün bir-birinə sıyırdığı qılınc təkcə iki qardaşın savaşı deyildi, həm də onların mənsub olduqları millətin təlaşı idi. 

Tarixi mənbələrə istinadən  son olaraq onu da qeyd edə bilərik ki, Osmanlı-Səfəvi müharibələrinin, münaqişələrinin heç birində Səfəvilər Osmanlıya qılınc sıyırmayıb. Üzərinə yeriyən Osmanlı sultanlarına barış əli uzadıb. Özünü müdafiə mövqeyindən çıxış etmək məcburiyyətində qalanda isə “Özgələrdən yardım istəyib”. 

Səfəvilərdən sonra iqtidara gələn Əfşarlar İmperiyasının qurucusu Nadir Şah Əfşarın  Azərbaycanın bu tayında – Muğan düzündə çağırdığı qurultay zamanı sünni-şiə məsələsinə, din ayrımcılığna qarşı mübarizə ilə bağlı  aldığı qərar, Osmanlı sarayına tarixi müraciət, qurultaydan sonra  Əfşarlar elçisinin Osmanlıya dəfələrlə göndərilməsi, Nadir Şah Əfşarın Sultan və Xəlifə ilə görüş istəməsi, Osmanlının bundan imtina etməsi,  Səfəvi-Osmanlı dönəmindən qalan məsələlərin çözülməsi üçün atılan cəsratəli addımlar da, dediklərimizə əyani sübutdur.

Savaş istənilən halda itki, ölüm və təlaşdı. O qan qardaşlarının arasında yaşananda isə yaddaş yarasıdı. Onun qaysaq tutduğunu nə görən, nə də bilən olub. Tanrı birliyimizi, diriliyimizi qorusun!  “Qaba ağacımız doğranmasın, axan sularımız bulanmasın!”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az ADB-yə istinadən xəbər verir ki, bu maliyyələşdirmə Bakıda metro xidmətlərinin daha təhlükəsiz, etibarlı və səmərəli olmasına, eləcə

Ən son

TARİX

Şah I Təhmasib iki rəqibini qarşı-qarşıya qoymaqla yanaşı, portuqalları Səfəvilərə yardıma da məcbur etmişdi

TARİX

Şah I Təhmasib iki rəqibini qarşı-qarşıya qoymaqla yanaşı, portuqalları Səfəvilərə yardıma da məcbur etmişdi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin