Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/03/2025

Paylaşın

GÜNDƏM

“Bura niyə hasarlanıb?” – Bakıda vətəndaşlarla yeni kommunikasiya

Adətən paytaxtda tikinti işləri aparılan ərazilərdə sadəcə hasar çəkilir və üzərində standart “müvəqqəti narahatlığa görə üzr istəyirik” tipli cümlə yazılır. İnsanlar isə uzun müddət həmin hasarın arxasında nəyin baş verdiyini, orada hansı proseslərin icra olunduğunu və bunun nə zaman bitəcəyini bilmədən yaşayır. “Bakı Metropoliteni” QSC-nin tikinti işləri aparılan ərazilərdə yeni kommunikasiya yanaşması isə diqqət çəkir.
Baki-baku.az xəbər verir ki, Bakı Metropoliteni bu dəfə fərqli bir yanaşma təqdim edib. “Bura niyə hasarlanıb?” adlı xüsusi lövhələr hazırlanaraq həmin hasarlarda yerləşdirilib. Vətəndaş bu sualı gördüyü anda yanında QR kodu da görür və sadə bir skan vasitəsilə bütün detallara çıxış əldə edir. Belə ki, hansı işlərin aparıldığı, layihənin məqsədi hər biri vətəndaş üçün bir skan qədər yaxın olur. Bu, informasiyanı əllə axtarmaqdan xilas edir, prosesin içində şəffaflıq yaradır və əsas məsələ – tikinti ətrafındakı “sirri” açır.
Bu, sadə görünən bir lövhə olsa da, əsasında çox önəmli bir prinsip dayanır ki, o da vətəndaşla kommunikasiya mədəniyyətidir. Şəhərdə gedən işlər təkcə idarəedici qurum üçün deyil, gündəlik o yoldan keçən insanlar üçündür. İnsanlar hər gün həmin küçədən keçir və düşünür ki, “bu nə vaxt bitəcək, bunlar burada nə edirlər?”. QR ilə şəffaf məlumat vermək isə həm psixoloji rahatlıq yaradır, həm də insanların narazılığını azaldır, çünki insanlar baş verən prosesin səbəbini bildikdə narahatlığa daha anlayışla yanaşır.
Bu yanaşma, həm də ümumi infrastruktur idarəçiliyi baxımından mühüm mesaj verir. Yeni layihə yalnız həyata keçirilməklə kifayətlənməməli, ictimaiyyətə izah edilməlidir. Yəni təkcə çətinliyi yox, faydanı da izah etmək lazımdır.
Nəticədə Bakı Metropoliteninin tətbiq etdiyi bu cür kiçik görünən, amma mahiyyətcə çox önəmli addım tikinti proseslərini daha açıq edir, insanları məlumatlandırır və şəhər infrastrukturu ilə bağlı kommunikasiyanı daha müasir səviyyəyə çıxarır.
Ümid edirik ki, digər tikinti aparan şirkətlər də bu cür yanaşmalarla səmərəli kommunikasiya yaradar, vətəndaşla münasibətdə yeni addımlar tətbiq edər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti xeyriyyə tədbiri təşkil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin