Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/18/2024

Paylaşın

GÜNDƏM

Bu qış Azərbaycanda havanın orta temperaturu necə olacaq?

havanın orta temperaturu

“Fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi – ECMWF, ABŞ-nin Beynəlxalq Tədqiqatlar İnstitutu – IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı – APEC Climate Center və s.) tərəfindən yayımlanır”.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

O bildirib ki, fəsillik proqnozlara əsasən, bu ilin qış aylarında Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq:

“Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır”.
“Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən, yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur”, – deyə xidmət rəisi qeyd edib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu kart olmadan taksi fəaliyyəti göstərmək qanunla mümkün deyil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin