Nəşr edilmişdir 12/10/2024

Paylaşın

GÜNDƏM

Bu ilin son iki ayında Azərbaycanda yağıntıların miqdarı normadan yuxarı olub

a022c458-fd43-4eeb-85c0-904354e28b7b

“Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub”.
Baki-Baku.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb.
“Xidmətin mütəxəssisləri tərəfindən aparılan təhlil və müşahidələrə əsasən son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub. 2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı orta hesabla 570.7 mm təşkil edib”, – deyə G.Məmmədova əlavə edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış

Ən son

GÜNDƏM

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi

GÜNDƏM

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi