Nəşr edilmişdir 04/09/2025

Paylaşın

GÜNDƏM

Bu həftəsonu Ay kiçiləcək

IMG-20250409-WA0229

Aprelin 12-də, şənbə axşamı tam Ay Yerdəki müşahidəçilərə adi halından daha fərqli formada görünəcək: bir qədər kiçik və parlaqlıq baxımından daha zəif. Bu hal mikroay adlanır və onu çılpaq gözlə görmək olduqca çətin olacaq, çünki fərq çox azdır.

Baki-baku.az-ın xəbərinə görə, bu barədə “The Associated Press” (AP) nəşri məlumat verib.

Məlumata görə, mikroay Ayın öz orbitində Yerdən ən böyük məsafədə olduğu zaman yaranır. Bu, daha məşhur olan superaya əks haldır, hansı ki, o zaman Ay həmişəkindən daha çox yaxınlaşır və bir qədər böyük, parlaq görünür.

Mikroayı görmək üçün şənbə axşamı küçəyə çıxmaq və səmanın yaxşı göründüyü yer tapmaq kifayətdir. Baxmayaraq ki, ölçü və parlaqlıqdakı dəyişikliklər nəzərə çarpmaya bilər, lakin bu, nadir və maraqlı astronomik hadisədir.

Belə hadisələr ildə bir neçə dəfə tam Ayın fazası onun orbitinin müəyyən hissələri ilə üst-üstə düşdükdə ​​baş verir. Növbəti mikroay may ayında gözlənilir, ilin sonunda isə ard-arda üç superay olacaq – oktyabr, noyabr və dekabr aylarında.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının müavinlərinin görüşü başlayıb.

Ən son

GÜNDƏM

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayət olunan leysanla bağlı şəhər

GÜNDƏM

Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayət olunan leysanla bağlı şəhər