Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2025

Paylaşın

GÜNDƏM

BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edilib

BŞİH, Bakı Şəhər İcra Hakimiyyəti, Qar

Qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri sonuncu olaraq Bakı şəhərinin Suraxanı, Səbail və Nəsimi rayonlarında müzakirə edilib. Müşavirələrdə BŞİH-nin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində

GÜNDƏM

Şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin