Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Bir ovuc torpağın eşqinə Əmbəriyyədə məscid yapdıran Sultan

Sultan II Əbdülhəmid: “Paşam, bu torpağın əmbəri var, müşkü yox”

Osmanlı İmperiyasının tarixinə islahatçı Sultan olaraq yazılan, Yavuz Sultan Səlimdən sonra daha çox kitab oxuyan Sultan kimi xatırlanan Sultan II Əbdülhəmidin zamanında Hicaz dəmir yolu Mədinəyə qədər uzadılır. Rəvayətə görə, Sultan II Əbdülhəmid Mədinəyə yaxınlaşarkən qatarın çıxardığı səs və titrəyiş Peyğəmbər Əleyhissəlamın müqəddəs məkanını-məzarını narahat etməsin deyə qatarın dəmir təkərlərinin altına yun keçə döşətdirir. Bütün bunlar 1908-ci ilin adına yazılan bu hadisə iqtidarı dönəmində Osmanlıda məscidlərin sayı qədər mədrəsə açdıran, Osmanlı tarixində ilk dəfə tibb fakültəsini quran, dəmiryolu və rabitə sisteminin təməlini qoyan Sultan II Əbdülhəmidin əzəmətinin və millət sevgisinin göstəricisidir.

Neft yataqlarından əldə olunan gəlir neftin Avropa bazarlarına çıxışı Səudiyyənin üzünü Osmanlıdan çevirir

Sultan II Əbdülhəmidin millət, məmləkət və Peyğəmbər sevgisi bununla bitmir. Deyilənə görə, Sultan ikinci Həcc ibadətini yerinə yetirmək üçün paşalardan birini müqəddəs diyara – Məkkəyə göndərir. Sultanın özünün ziyarətdə bulunmamasının səbəbi isə daha dərin idi. 1925-ci ildə neft yataqlarından əldə olunan gəlir neftin Avropa bazarlarına çıxışı Səudiyyənin üzünü Osmanlıdan çevirir. Bu azmış kimi bilavasitə Kralın əmri ilə Osmanlıya aid abidələr Mədinə  və Məkkədə yer üzündən silinir. Sələfi və vəhabi idealogiyasını önə sürən kral ailəsi digər məzhəbləri, xüsusi ilə də, hənəfiliyi yasaq buyurur. Buna əsasən 2003-cü ildə Məkkədəki Ecyad qalası sökülür. Qeyd edək ki, Hənəfilərə məxsus olan bu qalanı Osmanlı sultanları qurmuş və yüz illər boyu himayə etmişdilər.

Sultan II Əbdülhəmidin : “Məscidi-Nəbəvidən, Peyğəmbər Əleyhissəlamın məqamından bir ovuc torpaq gətir”

Cərayan edən bu hadisələrin fövqündə Sultan II Əbdülhəmidin Məkkə və Mədinəyə gedişi təkcə təhlükə hesab olunmurdu, onun bu torpaqlara girişi Səudiyyə tərəfindən yasaq buyrulmuşdu. Bu səbəbdən də Sultan ən etibarlı paşasını öz yerinə Həcc ziyarətinə göndərir. Göndərən zaman isə paşaya bir göstəriş verir: “Məscidi-Nəbəvidən, Peyğəmbər Əleyhissəlamın məqamından bir ovuc torpaq gətir.” Paşa Sultanın əvəzinə Həccin bütün fərzlərini yerinə yetirir. Hirayi-Nurdan, Hira mağarasından, Kəbədən, Həcərül-Əsbətdən, İbrahim Peyğəmbərin məqamından, Səfa-Mərvə, Zəmzəm, Ərafat müqəddəsliyindən tutmuş, Mədinə, Məscidi-Nəbəvi gözəlliyinə qədər Sultanın bütün istəklərini yerinə yetirir. Qatara yetişmək üçün tələsən paşa dəmiryol vağzalında Sultanın əsas göstərişini yada salır. Zamanı yetmədiyindən Məscidi-Nəbəviyə dönüşünün mümkün olmadığını düşünüb dərhal dayandığı yerdən bir ovuc torpaq götürüb kisəyə qoyur. Torpağı götürəndə isə paşanın ağlına gələn ilk fikir məhz bu olur: “Sultan torpağın haradan götürüldüyünü haradan biləcək? Önəmli olan onun müqəddəs torpaqlardan götürülməsidir.”

Peyğəmbər Əleyhissəlamın “Qəbiri-Şərifi” – müqəddəs məkanı müşk ətri saçır

Qatar İstanbula döndükdən iki gün sonra Sultan paşanı qəbul edir. Paşa Mədinə və Məkkə, Peyğəmbər Əleyhissəlamın məqamındakı durum, Sultanın Həcc fərzi barədə məlumat verir. Səbrlə paşanı dinləyən Sultan üzünü ona tutub sual edir: “Paşa, bəs Müqəddəs torpaq barədə nə etdin?” “Gətirdim” – deyə cavab verən paşa kisəni Sultana təqdim edir. Elmi və helmi ilə dünyaya meydan oxuyan Sultan II Əbdülhəmid kisəni açır, torpağı qoxlayır və dönüb üzünü Paşaya tutur: “Paşa, bunun əmbəri var, amma müşkü yox. Peyğəmbər Əleyhissəlamın “Qəbiri-Şərifi” – müqəddəs məkanı müşk ətri saçır” Hadisədən heyrətlənən Paşa vəziyyəti yenidən olduğu kimi diz çökərək anladır. Paşanı səbrlə dinləyən II Sultan Əbdülhəmid həmin gün tarixi  bir qərar alır: “Əmbər qoxuyan torpağın məkanında Əmbəriyyə məscidinin (o həm də tarixdə Sultan II Əbdülhəmid məscidi olaraq qalır) təməlini qoyulması haqqında fərman imzalayır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

Ən son

GÜNDƏM

"Formula 1" Azərbaycan Qran-prisinin 10-cu, yubiley yarışında autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.

GÜNDƏM

"Formula 1" Azərbaycan Qran-prisinin 10-cu, yubiley yarışında autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin