Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Bir neçə nəsil onun dərslikləri ilə təhsil alıb – Bakı küçələrinin adlarını daşıyanlar

Bakı küçələrinin adlarını daşıyanlardan biri də ədəbiyyatşünas, pedaqoq, akademik, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi və Əməkdar müəllimi Feyzulla Səməd oğlu Qasımzadədir.
Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.
Feyzulla Səməd oğlu Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olub. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində alıb. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olub.
Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlayıb. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərib. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışıb.
Feyzulla Qasımzadə SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra müdiri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda Ədəbiyyat kafedrasının müdiri kimi fəaliyyət göstərib.
Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olub, bir neçə nəsil onun dərslikləri ilə təhsil alıb. Feyzulla Qasımzadə ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin ilk və əsaslı tədqiqi bilavasitə alimin adı və fəaliyyəti ilə bağlıdır.
Feyzulla Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı fundamental tədqiqatın, həm də M.F.Axundzadə, A.Bakıxanov və N.Vəzirov haqqındakı monoqrafiyaların müəllifidir.
Feyzulla Qasımzadə 1939-cu ildə “M.F. Axundovun həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1955-ci ildə isə “XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Alim 30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirib. O, 600-dək çap edilmiş elmi məqalənin, 400-dən artıq qəzet və jurnal məqaləsinin, 34 kitabın (monoqrafiya, dərslik, dərs vəsaiti, müntəxabat və s.) müəllifidir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

30-cu illərindəhşətli repressiyalarının, Bağırov rejiminin üstündən illər, onillər ötsə də, o məhşum illərlə bağlı rəsmi sənədlər insanı ötən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin