Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/02/2026

Paylaşın

GÜNDƏM

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq”

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən virtual oxucular üçün “Bir bayraq altında doğulan Azadlıq” adlı biblioqrafik e-yaddaş hazırlanaraq istifadəçilərə təqdim edilib.

Baki-baku.az xəbər verir ki, elektron resurs Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixi, qəbul olunması ilə bağlı mühüm dövlət sənədləri, eləcə də milli bayrağımızın keçdiyi tarixi inkişaf yolu haqqında dolğun məlumatları özündə əks etdirir. Vəsaitdə dövlət rəmzlərimizin mahiyyəti və əhəmiyyəti barədə görkəmli dövlət xadimlərinin, elm adamlarının, ədəbiyyat və mədəniyyət nümayəndələrinin dəyərli fikirlərinə də yer verilib.

Biblioqrafik yaddaşın hazırlanması zamanı 35 adda kitab, 165 adda dövri mətbuat materialı, həmçinin müxtəlif elmi və publisistik mənbələr araşdırılıb. Aparılmış geniş biblioqrafik təhlil nəticəsində formalaşdırılan resurs tədqiqatçılar, kitabxana mütəxəssisləri, müəllimlər, tələbələr və mövzu ilə maraqlanan bütün oxucular üçün etibarlı informasiya mənbəyi kimi nəzərdə tutulub.

“Bir bayraq altında doğulan Azadlıq” biblioqrafik yaddaşının hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi keçmişini, milli-mənəvi dəyərlər sistemində tutduğu mühüm yeri və dövlətçilik ənənələrimizdəki rolunu geniş oxucu auditoriyasına çatdırmaqdır. Eyni zamanda, resursun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, onların milli rəmzlərimizə hörmət hissinin gücləndirilməsinə və dövlətçilik tariximiz barədə məlumatlılığının artırılmasına töhfə verəcəyi nəzərdə tutulur.

Biblioqrafik yaddaş ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/biblioqrafik-yaddas/bir-bayraq-altinda-dogulan-azadliq

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin