Bakının Binəqədi rayonunda yerləşən dayanacaqlardan biri qəza nəticəsində yararsız hala düşüb. Bir neçə gündür dayanacağın şüşələri qırılıb, konstruksiya hissələri dağıdılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baki-baku.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda dayanacaq pavilyonu qəza nəticəsində zərər görüb. Qəzalı pavilyon məntəqədən götürülüb. Ərazidə yeni pavilyon quraşdırılacaq.