Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/07/2025

Paylaşın

GÜNDƏM

Biləcəri sakinləri ilə görüş keçirildi: İcra hakimiyyətləri problemləri dinlədi

Biləcəri sakinləri ilə görüş, Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyəti, BŞİH, Binəqədi Rayon İcra Hakimiyyəti

Dünən Bakı şəhərinin Biləcəri qəsəbəsində sakinlərlə görüş keçirilib.
Baki-baku.az xəbər verir ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak ediblər.

Tədbirin açılış nitqini Eldar Əzizov edərək sakinləri salamlayıb. Daha sonra söz Binəqədi qəsəbə nümayəndəsinə verilib. Qəsəbə rəsmisi çıxışında Biləcəri sakinlərinin qarşılaşdıqları gündəlik problemləri qeyd edib və bu məsələlərin diqqətdə saxlanıldığını vurğulayıb.

Görüş zamanı sakinlər bir sıra vacib məsələləri səsləndiriblər. Onların sırasında asfalt örtüyünün yenilənməsi, su təchizatı sistemlərinin təmiri, evlərin sənədləşməsi, bəzi ərazilərdə su yığılması ilə bağlı çətinliklərin aradan qaldırılması, küçələrin işıqlandırılması, iş ilə təmin olunmaq və təhsil xərclərinə yardım kimi mövzular yer alıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov səsləndirilən problemləri diqqətlə dinləyərək, onların həlli üçün aidiyyəti qurumlara göstəriş verildiyini bildirib.

Görüşün sonunda vətəndaşlar bu cür açıq dialoqların davamlı olmasının vacibliyini vurğulayıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin