Nəşr edilmişdir 02/04/2025

Paylaşın

GÜNDƏM

BDYPİ-dən piyadalara ciddi xəbərdarlıq

IMG-20250204-WA0019

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib.

İdarədən Baki-baku.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəsizliyi, həm də digər yol istifadəçiləri üçün böyük risk yaradır.

Bildirilib ki, piyadaların məsuliyyətsizliyi aşağıdakı hallarda özünü daha çox göstərir:

  1. Piyadaların qırmızı işıqda və ya sürücülər üçün yaşıl işıq yandığı zaman keçidlərdən keçmək;
  2. Yolu qaçaraq, telefonla məşğul olaraq və ya ətrafa diqqət yetirmədən keçmək. Xüsusilə uşaqlar və yaşlılar arasında bu cür hallar tez-tez müşahidə olunur;
  3. Piyadaların təyin olunmuş keçidlərdən kənarda, eyni zamanda xüsusi təhlükəli hesab olunan yüksək sürətli və ya çox zolaqlı avtomobil yollarından keçmək;
  4. Alkoqolun təsiri altında yola çıxmaq;
  5. Gecə vaxtı tünd rəngli paltarlar geyinərək işıqlandırılmamış yollarda hərəkət etmək. Bu hal piyadaların görünməz olmasına səbəb olur;

BDYPİ həyat və təhükəsizliyi qorumaq üçün aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:

  1. Yolu yalnız təyin olunmuş yerlərdən keçin;
  2. Qırmızı işıqda dayanın və yaşıl işıqda keçin. Yolu keçərkən telefonla məşğul olmayın və ətrafa diqqət yetirin;
  3. Gecə vaxtı işıq əks etdirən geyimlərə üstünlük verin;

“Unutmayın ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Piyadalar və sürücülər qarşılıqlı hörmət və diqqətlə davransalar, qəzaların qarşısını almaq mümkündür”, – deyə BDYPİ-dən bildirilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən il 737 min 614 (96 %) uşaq Bakı Baş Səhiyyə Mərkəzinin tabeli tibb müəssisələrində icbari dispanserizasiya prosesinə

Ən son

GÜNDƏM

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

GÜNDƏM

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri