Nəşr edilmişdir 02/24/2025

Paylaşın

GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Sürücülərə xəbərdarlıq, Qar, Buz, Baş Dövlət Yol Polisi İdarəsi

“Bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olundu. Lakin, axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir”.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) buzlaşmış yollarda yarana biləcək fəsadlarla bağlı xəbərdarlığında qeyd olunub.

Bildirilib ki, BDYPİ şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

“Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”, – deyə xəbərdarlıqda qeyd olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ölkə ərazisində fevralın 25-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən xəbərə görə, Bakıda və Abşeron

Ən son

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv yağan qar

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv yağan qar