Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2026

Paylaşın

GÜNDƏM

“Bank Avrasiya”nın mənfəəti 30 % azalıb

“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3,996 milyon manat mənfəətlə başa vurub.
Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30 % azdır.
9 ayda “Bank Avrasiya”nın əməliyyat gəlirləri 16,252 milyon manat (1 il əvvələ nisbətən 12,6 % çox), əməliyyat xərcləri 11,524 milyon manat (27 % çox), xüsusi ehtiyatlara ayırmaları 896 min manat (4,4 dəfə çox), gözlənilməz gəlirləri isə 164 min manat (69,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Bank Avrasiya”nın aktivləri 239,154 milyon manat olub ki, bu da illik müqayisədə 17,2 % çoxdur. Bunun 127,78 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3 % böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 27,2 % artaraq 144,779 milyon manata, o cümlədən depozit portfeli 48 % artaraq 89,723 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 94,374 milyon manata çatıb.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i “Azbizneskom” MMC-yə, 49,5 %-i “Top Properties” MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

Bənzər Xəbərlər

Материал подготовлен редакцией BakiBaku

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur.

GÜNDƏM

Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin