Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/21/2025

Paylaşın

GÜNDƏM

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir – SƏRƏNCAM

Balaxanı Sənaye Parkının, Balaxanı Sənaye Parkı

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Baki-baku.az Azərtac-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli və digər məsələləri həll etməlidir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin