Nəşr edilmişdir 03/05/2025

Paylaşın

GÜNDƏM

Bakının mərkəzi küçələrindən birində hərəkət istiqaməti dəyişdi

IMG-20250305-WA0050

Bu gündən paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək.

Baki-baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.

Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaq. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, işçi qrupunun xanım sədri Zəfər abidəsinin önünə gül dəstələri qoyub.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə rbc.ru-ya istinadən xəbər verir.Məlumata görə, qızılın bir unsiyasının birja

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə rbc.ru-ya istinadən xəbər verir.Məlumata görə, qızılın bir unsiyasının birja