Nəşr edilmişdir 01/08/2025

Paylaşın

GÜNDƏM

“Bakıkart” QR biletləri üzrə geri qaytarılan vəsait müvafiq hesablardan çıxılacaq

IMG-20250108-WA0141

“Birbank” mobil tətbiqindən isitifadə edilən “BakıKart” QR biletləri üzrə vətəndaşların hesablarına qaytarılan vəsait yanvarın 10-dək müvafiq kart balansından çıxılacaq.
Baki-baku.az bu barədə “Kapital Bank” ASC-yə istinadən xəbər verir.
Bildirilir ki, Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün “Birbank” mobil tətbiqində QR bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 1 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılır.
Noyabr ayında isə texniki xəta səbəbindən müştərilərin “BakıKart” QR biletləri üzrə istifadə etmədikləri biletlərlə yanaşı istifadə etdikləri biletlərin ödənişləri də onların hesablarına geri qaytarılıb.
Bu səbəbdən də bank tərəfindən müştərilərə bildiriş göndərilərək məlumat verilib ki, istifadə edilən biletlərə görə 29 noyabr-4 dekabr tarixləri aralığında onların hesablarına qaytarılan vəsait 10 yanvar tarixinədək müvafiq kart balansından çıxılacaq.
Bu mövzuda sualları olan müştərilər “Birbank” mobil tətbiqində 29 noyabr-4 dekabr tarixlərini əhatə edən əməliyyat tarixçələrinə baxaraq hesablarını yoxlaya və ya 196 Sorğu mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.Baki-baku.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı

Ən son

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.

GÜNDƏM

O, fotoqrafiya ilə də maraqlanıb və bir çox ölkələrə səyahət edib.