Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

GÜNDƏM

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35 %-i yenilənib

AYNA

Bakıdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35 %-i yenilənib.
Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub. İllər üzrə keçirilən müsabiqələr belədir: 2023-cü il – 190 marşrut reysi üzrə, 2024-cü il – 254 marşrut reysi üzrə, 2025-ci il – 380 marşrut reysi üzrə.
Bildirilib ki, müsabiqələr nəticəsində 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən regionlara fəaliyyət göstərən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib. Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 %-i “biletim.az” portalına qoşulub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

30-cu illərindəhşətli repressiyalarının, Bağırov rejiminin üstündən illər, onillər ötsə də, o məhşum illərlə bağlı rəsmi sənədlər insanı ötən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin