Nəşr edilmişdir 12/10/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib

IMG-20241210-WA0022

Bakıdakı Rus evində Azərbaycanın Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Fəxrəddin Kərimovun “Mədəniyyətlərin qovşağında tale” adlı yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən Baki-baku.az-a bildirilib ki, tədbirdə F.Kərimovun yaradıcılıq taleyinə təsir edən mühüm hadisələrdən bəhs edilib.
Musiqiçinin dostları və həmkarları gecəni maestronun yaradıcılığına heyranlıqlarını ifadə etdikləri çıxışlarla tamamlayıblar. Yaradıcılıq gecəsinin baş qəhrəmanını və zaldakı tamaşaçıları musiqili sürprizlər gözləyirdi. Rus klassiklərinin ölməz şah əsərləri – “Muza” romansı və S.Rahmaninovun do minor şəkil etüdü Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Baş müəllimi Yuliya Kərimova, həmçinin BMA-nın tələbəsi Xəlil Mütəllibovun ifasında səsləndirilib.
Görüşün sonunda dinləyiciləri maraqlandıran suallar verildi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. President.az xəbər verir ki,

Ən son

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir

ƏSAS XƏBƏRLƏR, TARIXI ŞƏXSİYYƏTLƏR

Bakının mərkəzi küçələrindən biri Mirzəağa Əliyevin adını daşıyır. Bəs biz Mirzəağa Əliyevin necə görkəmli bir