Nəşr edilmişdir 11/01/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakıda ən uzun avtobus dayanacağı burada olacaq

28 may


Xəbər verdiyimiz kimi, metronun “28 May” stansiyasının qarşısı (Dəmiryol vağzalı meydanı və Cəfər Cabbarlı heykəlinin ətrafı) müasir şəhərsalma prinsipləri əsasında abadlaşdırılıb.

Baki-Baku.az məlumat verir ki, COP29 ərəfəsindən paytaxtın urbanistik transformasiya keçirən bu ərazisində bir çox yeniliklər edilib.

Belə ki, yeniliklərdən sonra 2 metro stansiyasının (“28 May” və “Cəfər Cabbarlı”), 10-dan artıq müntəzəm marşrut avtobusu xəttinin keçdiyi qovşağa daha minik avtomobilləri buraxılmayacaq. Ərazidə iriçətirli ağaclardan ibarət yaşıllıq zolağı da salınıb. Burada avtobus gözləyən sərnişinlər üçün Bakıda ilk dəfə olaraq yüzlərlə insanın yağış və günəşdən qorunmaq üçün istifadə edə biləcəyi platformaşəkilli dayanacaq quraşdırılıb.

“28 May” stansiyasının qarşısı daha əvvəl

28 May

Həmçinin ərazidə yol hərəkətinin təşkilində də xeyli dəyişikliklər var. Belə ki, paytaxtda ilk dəfə olaraq bu meydandan çıxan avtobuslar prospekt boyu nəqliyyat axınının əksinə (Cəfər Cabbarlı heykəlinin qarşısından sağa – Azadlıq prospektinə dönməklə) hərəkət edə biləcək.

Şəhər mobilliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olan bu layihə hər gün onminlərlə insanın rahat və asudə hərəkətini təmin etməklə yanaşı, Bakıdakı səs kirliliyinin müəyyən qədər azalmasında rol oynayacaq.

Həmçinin burada elektrik avtobusları üçün yerindəcə doldurma stansiyaları da quraşdırılıb.

Yaxın günlərdə ərazidən müntəzəm marşrut avtobuslarının hərəkətinə start veriləcək.

28 May
28 May
28 May
28 May

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri

GÜNDƏM

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında

GÜNDƏM

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını