Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/08/2025

Paylaşın

GÜNDƏM

Bakıda Ukrayna regionlarının mədəniyyətinə həsr olunmuş fotosərgi keçirilir

06c22ab9-90b1-4dfb-b99e-951e6585f072

Bakıda Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Трети Півні” emalatxanasının müəllif fotoşəkilləri qalereyasının fotosərgisi açılıb.
Bu barədə Baki-Baku.az-a Ukrayna mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Ukrayna Mərkəzində açılan sərgidə bu ölkənin müxtəlif regionlarının etnik geyimlərini nümayiş etdirən fotoşəkillər təqdim edilib.


“Kompozisiyaların hər bir detalı Ukrayna xalqının keçmişini və bu gününü birləşdirən təkrarolunmaz atmosfer və ruhu çatdırmaq üçün diqqətlə düşünülüb. Bu sərgi mədəni irsin dərinliyini hiss etmək və onu ən parlaq vizual obrazlarda görmək üçün imkan yaradır”, – mərkəzdən bildiriblər.

Mərkəzdə vurğulanıb ki, fotosərgi ilə yanaşı, daha bir unikal ekspozisiyanı – istedadlı ustaların – Katriçenko bacılarının yaratdığı kuklaların (motanka) sərgisini də görmək olar. “Kuklalar Ukraynanın 24 vilayəti və Krımın regional tikmə xüsusiyyətlərini əks etdirir. Ukraynaya xas ənənəvi əl işi, hər bir kuklanın ən xırda detallarına qədər düşünülmüş obrazı, rəng qamması, tikmə üslubu, bəzəklər və baş örtükləri – bütün bunlar onları əsl şedevrlərə çevirir. Kuklalar qədimdən ustaların əllərinin hərarətini və doğma torpağa məhəbbəti özündə daşıyan qoruyucu hesab olunur”, – mətbuat xidməti vurğulayıb.
Sərgi Xaqani küçəsi 123 ünvanında keçirilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkiyənin Respublika Günü münasibətilə paylaşım edib.

Ən son

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası

GÜNDƏM

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilmiş "Bakı Metropoliteni" QSC-nin Müşahidə Şurasının növbəti iclası
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin